Ərdoğandan 120 saat mesajı

21 Oktyabr, 2019 14:19 | Siyasət | Baxış sayı: 74
R.T.Ərdoğan
R.T.Ərdoğan

"Terror təşkilatları NATO-ya üzv olub bizim xəbərimiz yoxdur?"

"Terrorçuların təhlükəsiz zonadan çıxması üçün veriln 120 saatın böyük hissəsi geridə qalıb. Sabah Rusiyaya, Soçiyə səfər edəcəyəm".  Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, bu səayanhət zamanı həmkarı Vladimir Putin ilə görüşəcək. Görüş zamanaı bu məsələ də müzakirə ediləcək və ondan sonra atılması gərəkən addımlar atılmış olacaq.

Ərdoğan qərbin terrorçuların yanında yer aldığını və birlikdə Türkiyəyə hücum etdiklərini bəyan edib. Onun sözlərinə görə, NATO, AB ölkələri də bura daxildir. "Hamısı. Bəs siz terrora qarşı idiniz? Nə vaxtdan bəri terrrola birlikdə hərəkət etməyə başladınız? Bu terror təşkilatları NATO-ya üzv olub bizim xəbərimiz yoxdur?".