Prezident Əli Həsənovu vəzifədən azad etdi SƏRƏNCAM

21 Oktyabr, 2019 16:36 | Siyasət | Baxış sayı: 347
Qəbul
Qəbul

İlham Əliyev ərizə yazan nazir müavinini qəbul edib

Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, İlham Əliyev Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

Məlumat yenilənəcək...