Ermənistan ordusu Qarabağda daha iki əsgərini itirdi

21 Oktyabr, 2017 12:55 | Siyasət | Baxış sayı: 239
Erməni əsgərin əşyaları
Erməni əsgərin əşyaları

Ötən gün daha bir erməni əsgəri ölmüşdü

İşğal altındakı Qarabağ ərazisində daha iki erməni əsgər həlak olub.

İstiPress news.am-a istinadən xəbər verir ki, hadisə oktyabrın 20-də baş verib.

İlkin məlumatlara görə, silahdan istifadə qaydalarının pozulması nəticəsində Aram Xaçatryan (1998-ci il təvəllüdlü) və Qraç Avetisyan (1997-ci il təvəllüdlü) ölümcül güllə yarası alıb.

Ermənistan ordusunun rəsmiləri hadisənin detallarının araşdırılması üçün müvafiq addımlar atıblar.

Xatırladaq ki, bundan əvvəl ötən gün Azərbaycanın işğal altında olan ərazisində də erməni hərbçi ölüb. Güllə yarası ilə ölən erməni hərbçi 1998-ci il təvəllüdlü Tiqran Armenoviç Xaçatryandır.