Yazarın olaya bu cür yanaşması Azərbaycanda etirazla qarşılanıb
Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazı ilə çıxış edib.
Müəllif “Ezik kareoqrafi” adlı yazısında azarkeşlərimizin A4 formatlı kağıza “Qarabağ” sözü yazmalarını futbol tarixində ən əzik, ən fağır, ən gülməli görüntü adlandırıb.
Yazarın olaya bu cür yanaşması Azərbaycanda etirazla qarşılanıb. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aşılıb və Türkiyə mətbuatı qınanılıb.
Bundan sonra Mövlud Tezelin yazısı “Sabah” qəzetinin saytından silinib.
Məsələ ilə bağlı qəzetin redaktoru açıqlama verib. Baş redaktor İsa Tatlıcan qeyd edib ki, yazı saytdan silinib: “Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib”.
O, müəllifin bu barədə geniş açıqlama verəcəyini qeyd edib: “Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz”./modern.az