Trampa zəhərli bağlama göndərən qadın tutuldu

21 Sentyabr, 2020 11:40 | Siyasət | Baxış sayı: 84
Donald Tramp
Donald Tramp

ABŞ Prezidenti Donald Trampa zəhərli risin maddəsi olan bağlamanı göndərən qadın olub.

İstiPress-in məlumatına görə, bu barədə CNN hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Polislər silahlı qadını Nyu-York ştatında saxlayıblar. Tezliklə onun barəsində ittiham irəli sürüləcək.

Adı açıqlanmayan qadının ABŞ-ın gömrük və sərhəd xidmətlərinin əməkdaşları tərəfindən “Sülh körpüsü” keçid məntəqəsində saxlanıldığı bildirilir.

Ağ Evə zəhərli risin maddəsi göndərən qadın ABŞ-dan Kanadaya keçmək istəyib.