Şəhid hərbçi dəfn edildi - FOTO, VİDEO

21 Sentyabr, 2020 16:31 | Siyasət | Baxış sayı: 219

Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov dəfn olunub.

İstiPress-in məlumatına görə, şəhidin cənazəsi nəşi Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tovuz, Qaziqulu kəndi
Tovuz, Qaziqulu kəndi

15:11

Bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu ilə vida mərasimi keçirilir. 

İstiPress-in məlumatına görə, şəhidin nəşi artıq doğulduğu Tovuz rayonun Qaziqulu kəndinə gətirilib.