Müdafiə Nazirliyi bu görüntülərlə bağlı açıqlama yaydı - VİDEO

21 Sentyabr, 2020 10:41 | Siyasət | Baxış sayı: 645

Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilir ki, hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.