Tramp da Paşinyanı görmək istəmədi

21 Sentyabr, 2019 09:52 | Siyasət | Baxış sayı: 200
Donald Tramp
Donald Tramp

ABŞ-da erməni naziri qəbul etmək istəyən rəsmi tapılmır

ABŞ-dakı erməni diasporu Ermənistanın baş naziri Nikol Paşinyana özünü dünya ermənilərinin yox, rusiyalı ermənilərin lideri kimi təqdim etməsini istəyir. Onlar hətta bu tələbləri ilə bağlı petisiya da hazırlamaq niyyətindədirlər. Rusiyanın “Regnium” portalında bu barədə məlumat yer alıb.

Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyasına qatılmaq üçün ABŞ-a getməyə hazırlaşan Paşinyan üçün bu heç də xoşagələn xəbər olmayıb. Axı Paşinyan Amerikada erməni icmasının simaları, dindarlarla, mətbuat nümayəndələri ilə görüş planlaşdırırdı. Ələxsus da bu ona indi hava su kimi lazımdır. Ancaq əsas iş də alınmayıb. Baş nazirin prezident Donald Tramp, ən azı dövlət katibi ilə görüşü planlaşdırmaq mümkün olmayıb. Paşinyanın danışmağa nail olduğu yeganə amerikalı rəsmi - Con Bolton isə isə bu günlərdə istefaya göndərildi. 

Bunun üçün də Paşinyan daima “bizim inqilabımız  dəstək almadı, ABŞ rəhbərliyi heç cür Ermənistana kömək etmədi" deyə zırıldayır. 

Ekspertlər də deyirlər ki, ABŞ-ın Emənistan ilə demək olar ki, heç bir biznes əlaqəsi yoxdur. Bundan başqa erməni diasporunun da Paşinyana münasibəti çox da yaxşı deyil. Onlar yaxşı anlayırlar ki, baş nazirə Trampla görüş ona daxildə siyasi mövqeləri möhkəmləndirmək üçün lazımdır. ABŞ prezidenti isə onu sadəcə "iqnor" edir. Ermənistan XİN-in Paşinyanı Vaşinqtonda qəbul etdirmək üçün göstərdiyi cəhdlər uğursuzluqla nəticələnib. 

Politoloqlar Ermənistanın iqtisadiyyatda olduğu kimi daxili siyasətinin də zəiflədiyini deyirlər. Bu isə ölkə üçün çox kədərli nəticələrə gətirib çıxara bilər. 

Qeyd edək ki, yaxın gələcəkdə Azərbaycan prezidenti İlham Əliyevin də ABŞ-a səfəri baş tutacaq. Onun Trampla görüşü də olacaq.