Vyetnam prezidenti vəfat etdi

21 Sentyabr, 2018 09:06 | Siyasət | Baxış sayı: 70
Tran Dai Quang
Tran Dai Quang

61 yaşlı prezidentin ölümünə səbəb xəstəlik olub

Vyetnamın dövlət başçısı ölüb. İstiPress-in məlumatına görə, Tran Dai Quang bu səhər yerləşdirildiyi hərbi hospitalda keçinib. 

Yerli mətbuatın məlumatına görə, 1956-cı il 12 oktyabrda anadan olan Tran Dai Quangın ölümünə səbəb xəstəlik olub. 

O, prezident postuna 2016-cı ilin aprelində təyin edilmişdi. Tran Dai Quang 55 illlik fasilədən sonra bir ilkə imza atmışdı. O, bu ilin avqustunda Misirə prezident səviyyəsində səfər etmişdi.