Trampdan Qarabağ vədi

21 Sentyabr, 2018 14:10 | Siyasət | Baxış sayı: 170
Donald Tramp
Donald Tramp

"Yaxın aylarda nizamlanma üçün yeni imkanlar açılacaq"

"Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar açılacaq". Bu ABŞ Prezidenti Donald Trampın Ermənistanda Müstəqillik günü ilə əlaqədar Baş nazir Nikol Paşinyana göndərdiyi məktubda yer alıb.

Bundan başqa, ABŞ Dövlət katibi Mayk Pompeo öz məktubunda bildirib ki, ABŞ rəhbərliyi münaqişənin sülh yolu ilə həllinin axtarışlarına sadiqdir və tərəfləri qısa zamanda intensiv danışıqları bərpa etməyə çağırıb.