Ordumuz gecə düşmənin bütün hədəflərini məhv etdi VİDEO, FOTOLAR

21 Sentyabr, 2018 11:43 | Siyasət | Baxış sayı: 183
Təlim
Təlim

Gecə təlimində müasir silah və hərbi texnikadan istifadə edilib

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə cəlb olunan qoşunlar silahlanmada olan müasir silah və hərbi texnikanın tətbiq ilə şərti düşmənin bütün hədəflərini məhv edərək qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.

Xatırladaq ki, təlimlər sentyabrın 17-də başlayıb.