İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”

21 Sentyabr, 2018 15:58 | Siyasət | Baxış sayı: 99
 İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas
İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas

Dağlıq Qarabağ Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq

“Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”. 

İstiPress-in məlumatına görə, bu barədə Prezidenti İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasında bildirib. 

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.

Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində də fəal iş apardığını, Azərbaycan reallıqlarını dünyaya çatdırdığını deyən Prezident İlham Əliyev vurğuladı ki, onların fəaliyyətinin əsas istiqamətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması təşkil edir və bu işdə son illərdə bir sıra uğurlara nail olunub.