Bakıda NATO əməliyyatı

21 Sentyabr, 2018 20:09 | Siyasət | Baxış sayı: 126

zərbaycanın helikopter cütlüyüTürkiyə mütəxəssisləri tərəfindən izlənib

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.

İstiPress Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki,  təlim zamanı cütlüyün təchizatı, avadanlığı, rabitə vasitələri və digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində, eləcə də müxtəlif əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilib.

Cütlüyün qiymətləndirilməsi NATO-nun monitorinq qrupu və Türkiyə Respublikası HHQ-nin mütəxəssisləri tərəfindən izlənilib.