Lavrov Ceyhun Bayramovu Moskvaya dəvət edib

21 Avqust, 2020 10:19 | Siyasət | Baxış sayı: 128

Rusiyanlın Xarici işlər naziri Sergey Lavrov avqustun 26-da azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparacaq.

İstiPress-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Bayramovun Rusiyaya səfəri Lavrovun dəvəti əsasında gerçəkləşəcək.

"İki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə ikitərəfli münasibətlərə dair geniş spektrdə məsələlərin, eləcə də regional və beynəlxalq durumun müzakirəsi planlaşdırılır", - Zaxarova söyləyib. 

Rusiya XİN sözçüsü həmçinin qeyd edib ki, həmin gün C.Bayramovun Rusiya hökuməti və Federal Şurada görüşləri də nəzərdə tutulur.