Tramp Rusiyanı G8-də görmək istəyir

21 Avqust, 2019 10:42 | Siyasət | Baxış sayı: 26
G8
G8

ABŞ liderinin təklifi ilə Fransa prezidenti də razılaşıb

Fransa prezidenti Emanuel Makron ABŞ lideri Donald Trampın Rusiyanın da iştirakı ilə G8 formatına qayıtmaq cəhdlərini dəstəkləyir. Fransa və Amerika liderləri arasında telefon danışığı olub. Bu barədə CNN Amerika prezidentinin admnistrasiyasındakı mənbəsinə istinadla məlumat yayıb. 

Liderlər Rusiya prezidenti Vladimir Putini 2020-ci ildə keçiriləcək G7 sammitinə dəvət etməyin məqsədyönlü olacağını qeyd ediblər. Trampın bu məsələni Fransanın cənub-qərbindəki Biarrits şəhərində keçiriləcək iclas zamanı dünya liderləri ilə müzakirə etmək üçün qaldıracağı gözlənilir. İclas avqustun 24-də başlayacaq. 

Gələn il G7 sammiti ABŞ-da keçiriləcək.

Xatırladaq ki, G7 dünyanın ən inkişaf etmiş ölkələrini birləşdirən platformadır. Bura Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir. Rusiya da bura qoşulduqdan sonra qrup G8 adlandırılırdı. Lakin Ukrayna da 2014-cü ildə baş verən hadisələrdən sonra Barak Obama G7 formatına qayıtmaq barədə qərar vermişdi.