Rusiya ilə Çin raketə görə təcili iclasını çağırdılar

21 Avqust, 2019 12:18 | Siyasət | Baxış sayı: 73
Raket sınağı
Raket sınağı

ABŞ orta mənzilli raketlərinin sınağını artırıb

Rusiya və Çin ABŞ-ın orta mənzilli raketlər hazırlamaq planı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırıblar. Bunu RİA Novosti-yə açıqlamasında Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin səlahiyyətlərinin icraçısı Dmitri Polyanski deyib. O, iclasında cümə axşamı keçiriləcəyini bildirib.

Qeyd edək ki, ABŞ bundan öncə özünün orta mənzilli raketlərinin sınağını artırıb. Vaşinqton, həmçinin, Asiya-Sakit okean hövzəsində raketlərini yerləşdirmək fikrində olduğunu açıqlayıb.