Paşinyana bombalı hücum - əmri Putin verib

21 Avqust, 2019 17:15 | Siyasət | Baxış sayı: 2328
Ermənilərin Kəlbəcərdə partlatdığı "Heyvalı" qızıl mədəni
Ermənilərin Kəlbəcərdə partlatdığı "Heyvalı" qızıl mədəni

Rusiya Paşiyanın Moskvanı qlobal müharibəyə sürükləmək istəyinə qəzəblənib

Amulsar mədənində işlərin davam etməsinə ijazə verməsi ilə erməni mətbuatı və ermənipərəst Rusiya KİV-ləri Nikol Paşinynın üzərinə ellikcə hücuma keçiblər.

İstiPress-in araşdırmasına görə, Cermuk yaxınlığında yerləşən və 40 ton qızıl ehtiyatı olan bu yatağın işlənməsinə görə hay-küy qaldıran KİV-lər arasında hətta Paşinyanın təmsil olunduğu düşərgənin ən fəal təmsilçiləri də var. 

Məsələn, inqilabın ilk günlərində Nikol Paşinyanın dəsətəkləmiş “1in.am” portalı məsələyə çox sərt reaksiya verib: “Çoxları məsələnin nə qədər ciddi olduğunu anlamır, amma fakt budur ki, Nikol Paşinyan öz ayaqları altına minanı özü düzdü və bu, istənilən vaxt partlaya bilər”,- deyə məqalədə  bildirilir.

Rəqib düşərgənin reaksiyası isə daha sərt olub. Məsələn, siyasətçi Miqran Akopyan öz “Facebook” səhifəsində yazıb ki, Nikol Paşinyan öz hörcüyü tora düşüb və onu ən poppulist qərar belə xilas edə bilməz: “Əgər «xalqın baş naziri hətta birinci prezident Levon Ter-Petrosyanı həbs edərsə, Yakov Zorabyanı və Anton Koçinyanı ölümlərindən sonra məsuliyyətə cəlb edərsə belə, Amulsar yatağı ətrafında yaranmış səs-küyü batıra bilməz”,- deyə Miqran Akopyan vurğulayıb.  

Erməni mətbuatı ilə yanaşı Rusiya dərin dövlətinə xidmət edən "Reqnum" da  Paşinyanı hədəfə götürüb. Portal bildirir ki, Amulsar məsələsi Paşinyanın karyerasında 180 dərəcə dəyişiklik yarada bilər.  Rus KİV-i Paşinyanın bir vaxt mübarizə apardığı erməni liderlərlə eyni vəziyyətə düşüb. Və bunda müəyyən mesaj var.

Kreml öz KİV-lərinin vasitəsi ilə Paşinyana bildirir ki, o da Serj Sarkisyanın səzvlərinin təkrarlayır və buna görə hakimiyyətdən elə onun kimi gedəcək. Böyük ehtimalla Paşiyanın Qarabağ münaqişəsinin həllində Sarkisyanın  səhvlərini təkrarlaması Moskvanı qane etmir. Sarkisyan Rusiyanın Lavrov planını qəbul etmədi və buna alternativ üçün Qərbdən kömək istədi.

Madrid prinsipləri çərçivəsində təklif edilən Lavrov planına görə, Ermənistan ordusu Dağlıq Qarabağ ətrafında 5 rayonu Azərbaycana qaytarmalı, bunun əvəzində isə Azərbaycan və Türkiyə Ermənistanın yollarını açmalı idi. Bölgəyə Rusiya sülhməramlıları gəlməli idi və Qarabağın gələcək statusu barədə danışıqlar qeyri-müəyyən vaxta təxirə salınmalı idi. Belarus lideri Lukaşenkonun yazdığına görə, bunun əvəzində Azərbaycan Rusiyanın patronacı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkitalına (KTMT) girməyə söz vermişdi.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Azərbaycanın ardınca KTMT-yə indi bitərəf kimi görünən Özbəkistan və Türkmənistanın, həmçinin NATO ilə yollarını ayırmağa başlayan Türkiyənin də daxil olması mümkün idi. Bu, Rusiyaya yenidən dünyanın ikinci supergücünə rəhbərlik etmək, həm də Moskva üçün də potensial təhlükəyə çevrilmiş türk birliyini öz maraqlarına uyğun şəkildə dizayn etmək imkanı yaradar. Qərbin sanksiyaları ilə üzləşmiş Rusiya üçün bu, çox vacibdir. 

Sarkisyan buna mane olmaq istədi və biabrçı şəkildə getdi - ailəsi korupsioner kimi ləkələndi, qardaşından 20 milyon dollara yaxın vəsait müsadirə olundu və s. İndi Paşiyan da eyni səhvləri təkrar edir - Qarabağla bağlı poppulist bəyanatlar verməklə Rusiyanı müttəfiq olmağa çalışdığı türklərlə - Türkiyə və Azərbaycanla müharibəyə sürükləməyə çalışır. Amma erməni inqilabının ikinci sort təzəlikli gənc lideri unudur ki, onu hay-küylə, qəhrəman kimi hakimiyyətə gətirmiş Moskva eyni ssenari ilə də yola sala bilər. Bu, alınmasa belə, Moskva daha ucuz yola gedə bilər - müharibədə yüzlərlə texnikanın, insanın ölümünə səbəb olmaqdansa - bir texnikanı, yəni içərisində Nikol Paşinyanın olduğu nəqliyyat vasitəsini qurban verməklə kifayətlənə bilər. Bunun üçün bir bomba da yetər.