Paşinyan Putinə qarşı kompramat yığır

21 İyun, 2019 14:15 | Siyasət | Baxış sayı: 665
Nikol Paşinyan və Vladimir Putin
Nikol Paşinyan və Vladimir Putin

Erməni baş nazir hər gün Sorosa bununla bağlı raport verir

Soros Fondunun fəal təəssübkeşi olan yeni ədliyyə nazinin təyinatı Ermənistanda ciddi qarşıdurmaya səbəb olub.

Son zamanlarda Ermənistanda hesab edirlər ki, məhz Soros Fondunun hesabına narıncı inqilab həyata keçirilib. Bu barədə Ermənistanda dərc olunan “Past” qəzeti yazır və öz mənbələrinə istinad edir.

Bundan başqa, nəşr iddia edir ki, Paşinyan güc qurumlarına tapşırıb ki, hər gün ona Rusiyada baş verən mənfi proseslər barədə hesabat versinlər və bu ölkənin prezidenti Vladimir Putinin reytinqinin gündəlik dinamikası barədə xüsusi məlumat versinlər.

Yəqin ki, bu, Soros Fonduna vermək üçün yığılır. Qəzet bildirib ki, bu ilin iyun ayının əvvəlində keçirilmiş sorğu və Putinin reytiniqinin cüzi düşməsi Paşinyan və çevrəsinin sevincinə səbəb olub. Halbuki, Paşinyan dəflərələ deyib ki, Rusiya və Putin Ermənistanın müttəfiqi yox, strateji müttəfiqidir. Qəzet yazır ki, görünür, bu, sadəcə Paşinyanın gəvəzəliyidir və son zamanlarda bu gəvəzəlik artıb.