Putin Çingiz Abdullayevi mükafatlandırdı

21 May, 2020 12:56 | Siyasət | Baxış sayı: 57
Çingiz Abdullayev
Çingiz Abdullayev

Rusiya Federasiyasının hüquqi məlumat portalı xəbər yayıb

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, dedektiv romanlar müəllifi Çingiz Abdullayevə "Dostluq" ordeninin verilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının hüquqi məlumat portalı xəbər yayıb.

Çingiz Abdullayev əsasən siyasi dedektiv janrında, özü də rus dilində yazan Azərbaycan yazıçısıdır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada və başqa ölkələrdə kütləvi tirajla-27 milyon nüsxədə buraxılan 600-dən çox kitabı yayılıb. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıdıb.