Putin Azərbaycan sərhədi ilə bağlı tapşırıq verdi

21 May, 2020 11:48 | Siyasət | Baxış sayı: 248
Vladimir Putin
Vladimir Putin

Rus lider Dağıstan Respublikasının rəhbərliyi ilə videomüşavirə keçirib


Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələri üçün Azərbaycanın səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət mexanizminin işlənib hazırlanması barədə tapşırıq verib.

İstiPress-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər. Məlumata görə, bu barədə tapşırıq Dağıstan Respublikasının rəhbərliyi ilə keçirilən videomüşavirədən sonra verilib.

Rusiya Prezidenti Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Agentliyi və Dağıstan Respublikasının Hökumətinə Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələrinin təşkili üçün Azərbaycanın səlahiyyətli orqanları ilə operativ qarşılıqlı fəaliyyət mexanizmi işləyib hazırlamağı tapşırıb.

Eyni zamanda, Putin epidemioloji vəziyyəti nəzərə alaraq normalara riayət olunmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, koronovirus pandemiyası ilə əlaqədar Rusiya-Azərbaycan sərhədində məhdudiyyətlər yaranıb.