XİN başçılarının Vaşinqtonda görüşməsi təklif edilir

21 May, 2019 17:55 | Siyasət | Baxış sayı: 54
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan

Ermənistan XİN-in mətbuat xidmətinin başçısı açıqlama yaydı

Ola bilər ki, Azərbaycan və Ermənistan  XİN başçılarının yeni görüşü Vaşinqtonda keçirilsin. Bu barədə İrəvanda Ermənistan XİN-in mətbuat xidmətinin başçısı Anna Naqdalyan bildirib.

"Görüşün vaxtı barədə danışmaq, texniki detallara nəzər salsaq, hələ tezdir. Həmsədrlər belə görüşü təşkil etməyi təklif ediblər. Ötən görüşlərin coğrafiyasını, o cümlədən iki ölkə həmsədrləri Moskva və Paris görüşünü nəzərə alsaq, onda yeni görüşün Vaşinqtonda ola biləcəyi istisna edilmir",- deyə Naqdalyan bildirib.