İlham Əliyev incəsənət xadiminə orden verib

21 May, 2019 09:26 | Siyasət | Baxış sayı: 32
Sərəncam imzalandı
Sərəncam imzalandı

Zurab Seretelini mükafatlandırılıb

Prezident İlham Əliyev Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, tanınmış heykəltəraş Zurab Seretelini mükafatlandırıb. Bununla bağlı imzalanan sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Zurab Konstantinoviç Sereteli "Dostluq" ordeni ilə təltif edilsin".