Madura yenə prezident oldu

21 May, 2018 09:10 | Siyasət | Baxış sayı: 48
Nikolas Maduro
Nikolas Maduro

Prezident dialoqa çağırdı

Venesuelanın dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərində yenidən prezident seçilib. İstiPress-in məlumatına görə, o, seçicilərin 68 faizinin səsini toplayıb.

Bu barədə Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena bildirib. Onun sözlrinə görə, Maduro 58 milyona yaxın səs toplayıb. Bununla da Maduro 7 il ölkəni idarə etmək haqqı əldə edib. "Onun rəqibi Enri Falkon 1 820 552, Havyer Bertuççi 925 min səs toplayıb".

Artıq seçki bülletenlərinin 92 faizi hesablanıb. Seçkilərdə ölkə üzrə qeydə alınmış seçicilərin 46 faizi iştirak edib.

Seçkidən sonra dövlət başçısı öz rəqibləri dialoqa çağırıb. "Mən seçkidə iştirak edən namizədləri, onların komandalarını barışıq prosesinə və dialoqa çağırıram", deyə o bildirib.