Klinton rus papağı ilə çağırış etdi VİDEO

21 May, 2018 12:10 | Siyasət | Baxış sayı: 122
Hillari Klinton
Hillari Klinton

"Onlara qoşulun"

Donald Trampın prezident seçkilərindəki rəqibi, bir zamanlar dövlət katibi, hətta birinci xanım olan Hillari Klinton rus papağı ilə çağırış edib. İstiPress-in məlumatına görə, Yel universitetində çıxış edib. O, universitetin məzun günündə qeyri ənənəvi papaq taxmaq ənənəsini dəstəkləyib. 

ABŞ-ın Rusiya ilə gərginləşən münasibətinə, seçkilərdəki rəqibi Donald Trampın prezident seçilməsində əli olmasını deməklərinə baxmayaraq "əgər siz qalib gələ bilmirsinizsə, onlara qoşulun", deyən siyasətçi rus papağını kürsünün altından çıxarıb. Düzdür o papağı başına qoymayıb, ancaq əlində saxlayaraq tələbələrə nümayiş etdirib.