Ermənilərin Avropaya basırdığı minalar

21 May, 2018 13:01 | Siyasət | Baxış sayı: 197
ATƏT nümayəndələri Qarabağda
ATƏT nümayəndələri Qarabağda

İkili standartların o biri başı

Avropa Parlamenti Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ danışıqlarını daha fəallaşdırmağa çağırıb. Avropalı deputatlar yenidən (10-cu və ya 20-ci dəfə) iki Cənubi Qafqaz ölkəsinə danışıqlar masasına oturmaq üçün müraciət ediblər. Görünür ki, onların bundan artığına fantaziyaları çatmır. 

Məsələn, Rusiya Krımı ihlaq etdi. Bu Avropada dərhal ajiotaja səbəb oldu, hər kəs ayağa qalxdı. Hətta Moskvaya qarşı iqtisadi sansksiyalar da tədbiq edildi. Torpağının 20 faizi işğal edilən Azərbaycana isə danışığı davam etdirmək çağırışı edilir. Boş şeydir!

Avropaya işğalın qarşısını almaq üçün daha konkret addım atmaq lazımdır. Ancaq onlar heç nə etmirlər. Təbii ki, bunun səbəbi çoxdur. Fikrimizcə, bunun ilk səbəblərindən biri Ermənistanda xristianların, Azərbaycanda isə müsəlmanların yaşamasıdır. Tolerantlıq haqqında söhbətlər isə əslində deyildiyi kimi deyil.

İnformasiya agentlikləri demək olar ki, hər gün partlayış, yanğınlar haqqında məlumat yayır. Bu isə Uzaq Şərqdə - Əfqanıstanda, İraqda yox, Avropanın mərkəzi şəhərlərində olur. Avropanın özü yaxın zamanda yeni meydana çıxan mini dövlətlərlə bağlı problemlərlə qarşılaşacaq. Artıq ilk siqnal İspaniyadan (Kataloniya) gəldi. Eyni hadisələr Belçikada, Fransada, ümumiyyətlə istənilən ölkədə ola bilər. Təsəvvür edirsiniz bu məsələləri həll etmək üçün necə ATƏT qrupu yaratmaq lazım olacaq? Amma bu onlara çətin ki, nəsə versin. Parlaq nümunə kimi isə guya Qarabağ münqaişəsini həll etmək, Azərbaycana işğaldakı torpaqları geri qaytarmaq üçün yaradılan qrupu göstərmək olar. Onlar hələ ki, hər iki ölkəyə səfər, barışıq çağırışları etməkdən heç bir iş görə bilməyiblər.

Ümid ancaq gec və ya tez bayrağımızı işğal edilən torpalarda qaldıracaq Azərbaycan Ordusunadır. Ümid edirik ki, 2016-ci ilin aprelində dördgünlük müharibədə olduğu kimi Azərbaycan hərbçilərinin qarşısını heç kim ala bilməyəcək.