Dünya şokda - nüvə sınaqları donduruldu

21 Aprel, 2018 09:35 | Siyasət | Baxış sayı: 435
Kim Çen In - Şimali Koreya lideri
Kim Çen In - Şimali Koreya lideri

Nüvə sınaq polikonu da bağlanır

Heç bir xəbərdarlığa önəm vermədən ballistik raket sınaqları ilə dünyanı qorxu içində saxlayan Şimali Koreya (KXDR) lideri Kim çen In bütün dünyanı şoka salan qəarar qəbul edib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, KXDR lideri nüvə və raket sınaqları aparılmasının dondurulduğunu bəyan edib. 

Bu barədə Cənubi Koreyanın "Ryonxap" agentliyi məlumat yayıb. "Aprelin 21-dən Şimali Koreya nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılışını dayandıracaq. KXDR sınaqların dayandırılmasına dair vədini təsdiq etmək üçün ölkənin şimalındakı nüvə sınağı poliqonunu bağlayacaq".

Qərar KXDR-in hakim partiyasının mərkəzi komitəsinin cümə günü keçirilən iclasında qəbul olunub.

"Şimali Koreya nüvə silahı təhlükəsi olmasa bu silahlarından istifadə etməyəcək, öz nüvə texnologiyasını başqa dövlətlərə verməyəcək", deyə ölkənin Əmək partiyasının iclasında bildirilib. Partiyanın bəyanatında qeyd edilir ki, ölkəyə qarşı nüvə təhlükəsi və ya nüvə təxribatı olmadığı müddətdə qətiyyən bu silahdan istifadə olunmayacaq.

ABŞ prezidenti koreyalı həmkarının bu qərarını alqışlayıb. Donald Tramp adəti üzrə  qərarla bağlı fikirini "Twitter" səhifəsində yazıb. "Şimali Koreya nüvə proqramını dondurmağa və n böyük poliqonunu bağlamağa qərar verdi. Bu çox yaxşı xəbərdir  - həm Şimali Koreya, həm də bütün dünya üçün. Böyük irəliləyişdir. Sammitimizi gözləyirəm".