Merkel və Makrondan Putinə İdlib çağırışı

21 Fevral, 2020 10:30 | Siyasət | Baxış sayı: 51
Makron, Putin və Merkel
Makron, Putin və Merkel

Üç lider arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin üçtərəfli telefon danışığı olub. Üç ölkənin rəhbər şəxsinin əsas müzakirə mövzusu İdlib olub. 

Makron və merkel Putindən dərhal bölgədəki qarşıdurmalara son qoyulması üçün tədbir görməsini istəyiblər. Onlar da öz növbələrində, İdlibdə gərginliyin azaldılması üçün dəstəyə hazır olduqlarını bildiriblər.

Hər iki lider Putin və Türkiyə prezidenti R.T. Ərdoğan ilə siyasi həll yolunun tapılması üçün görüşə hazır olduqlarını da qeyd ediblər.