Rusiyadan Qarabağ açıqlaması - “kreativ ideyalar” hazırlanır

20 Dekabr, 2018 09:10 | Siyasət | Baxış sayı: 146
Mariya Zaxarova
Mariya Zaxarova

XİN rəsmisi hazırda ekspertlərin bunun üzərində çalışdıqlarını deyib

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “kreativ ideyalar” üzərində iş gedir və bu ideyalar münaqişənin nizamlanması üçün əsas ola bilər. Bu bəyanatla Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova ötən günki brifinqdə çıxış edib. 

O, Rusiya XİN başçısı Sergey Lavrovun ötən həftə Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşündə Bakı və İrəvan arasındakı danışıqların davamı üçün yeni ideyalar axtarışı ilə bağlı dediklərini şərh edib. 

Onun sözlərinə görə, bu görüş zamanı Lavrov və Əliyev Ermənistanda hakimiyyət tam dəyişdikdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sonrakı taleyindən danışıblar. "Orada bildirilib ki, gələcəkdə belə ideyalar hazırlanmalı və onlar kreativ olmalıdırlar". 

XİN rəsmisi hazırda belə ideyaların formalaşıdırlması üzərində fəal iş aparıldığını qeyd edib. "Məhz belə ideyalar dəstəklənəcək. İndi ekspertlər bu işlə məşğuldurlar".