Putindən anons: Paşinyan yenidən Moskvaya gedir

20 Dekabr, 2018 15:55 | Siyasət | Baxış sayı: 267
Nikol Paşinyan və Vladimir Putin
Nikol Paşinyan və Vladimir Putin

“Ermənilər Cənubi Qafqazda rusların ən yaxın müttəfiqidir və ümid edirəm ki, belə də olacaq"

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan gələn həftə Rusiyaya işgüzar səfər edəcək.

İstiPress-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında deyib. O, qeyd edib ki, Paşinyanla görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə oluncaq.

“Ermənilər Cənubi Qafqazda rusların ən yaxın müttəfiqidir və ümid edirəm ki, belə də olacaq. Ermənistan Rusiyanın strateji tərəfdaşıdır və hazırda iki ölkə arasında münasibətlər stabildir. Paşinyanla görüşdə bu münasibətlərin inkişafı diqqət mərkəzində olacaq”, - Putin deyib.

Vladimir Putin
Vladimir Putin

13:35

Rusiya prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransı başlayıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, tədbir Moskvada - beynəlxalq ticarət mərkəzində keçirilir. 

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu il rekord sayda jurnalistin akreditasiyadan keçdiyini bildirib. Onların sayı 1702 nəfərdir. 

Putin bir neçə saat ərzində ona ünvanlanan suallara cavab verəcək. 

Xatırladaq ki, prezident bu formatda ilk görüşünü 2001-ci ildə keçirib. 2008-ci ildə rekord qeydə alınıb - Putinin mətbuat konfransı 4 saat 40 dəqiqə davam edib. Bu vaxt ərzində o 106 suala cavab verib.

Ötən il isə 3 saat 40 dəqiqədə 54 jurnalist 73 suala cavab tapa bilib.