Putin azərbaycanlı jurnalistin qətlindən danışdı

20 Dekabr, 2018 19:27 | Siyasət | Baxış sayı: 177
Orxan Camal
Orxan Camal

"Bu cinayəti yerli qruplaşmalardan biri törədib"

Rusiya prezidenti Vladimir Putin hər il ənənəvi olaraq keçirdiyi mətbuat konfransında Mərkəzi Afrika Respublikasında qətlə yetirilən rusiyalı jurnalistlər, o cümlədən Orxan Camalla bağlı sualları cavablandırıb.

İstiPress-in məlumatına görə, Putin baş vermiş hadisəni faciə adlandırıb. O bildirib ki, jurnalistlər MAR-a peşələri ilə əlaqədar yox, turist kimi gediblər: “Bu cinayəti yerli qruplaşmalardan biri törədib. Bildiyim qədər, MAR tədqiqatlar aparır. Hələlik inandırıcı məlumatlar yoxdur, ümid edirəm, tezliklə olacaq. Rusiyanın diplomatik kanalları vəziyyəti nəzarətdə saxlayır”. 

Xatırladaq ki, Orxan Camal və digər 2 həmkarı iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Onlar “Vaqner” hərbi şirkəti haqqında reportaj hazırlamaq üçün getmişdilər.