Müsəlman nazirdən türklərə arxadan vurulan zərbə

20 Dekabr, 2017 11:37 | Siyasət | Baxış sayı: 327
Şeyx Abdullah bin Zayed
Şeyx Abdullah bin Zayed

Ərəb şeyxi türkləri hiddətləndirdi

Ərəblərdən Türkiyəyə zərbə. İstiPress-in məlumatına görə, Birləşmiş Ərəb Əmirliyinin xarici işlər naziri Şeyx Abdullah bin Zayedin dedikləri türkləri hiddətləndirib. Bin Zayed türkləri hədəf alan mesaj paylaşıb. O, türkleri 1916-cı ildə cinayətlər törətməkdə ittiham edib və prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edib. 

Ərəb dilində olan tvetdə Mədinənin müdafiəsinin qəhrəmanı olan Fəxri Paşanın savaş zamanı cinayət törətdiyi, ərəblərdən pul və dəyərli əyazmaları oğurladığını iddia edilib. "Bunlar Ərdoğanın əcdadları və onların ərəblərlə keçmişidir", deyə onun "retweet" etdiyi mesajda qeyd edilirdi. Tviti paylaşan isə Almaniyada yaşayan bir diş həkimidir.  

Ərəb nazirin təhqirinə cavab gecikməyib. ərdoğanın köməkçisi İbrahim Kalın nazirin cavabını da elə sosial şəbəkədən verib. O, tviti utancverici adlandırıb."İngilislərin planlarından Mədinəni qoruyan Fəxrəddin paşa idi. Nəyin bahasına olursa olsun prezidentə hücum etmək yeni dəbdir?".