Keçmiş prezident dövlət başçısına məktub yazıdı - son şansdır!

20 Dekabr, 2017 09:15 | Siyasət | Baxış sayı: 162
Mixail Saakaşvili
Mixail Saakaşvili

Saakaşvili Poroşenkonu istefaya çağırdı

"Yeni qüvvələr hərakatı"nın lideri, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya yeni açıq məktub yazıb. İstiPress-in məlumatına görə, Saakaşvili ölkə prezidentini könüllü şəkildə istefaya çağırıb.

Saakaşvilinin sayca ikinci müraciəti olan açıq məktub onun "Facebook" səhifəsində yerləşdirilib.

"Sizin könüllü istefanız dərinləşə biləcək siyasi böhranın aradan qaldırılması üçün bəlkə də, son şansdır. Xalqın iradəsi qarşısında baş əyərək könüllü surətdə istefaya gedən prezident əfv və cəzanın yüngülləşəcəyinə ümid bəsləyə bilər".

Saakaşvili həmçinin ilk məktubunda Poroşenkoya birlikdə mübahisənin həlli yollarını axtarmağı təklif etdiyini də xatırladıb. "Amma bunun əvəzində siz mənim şəxsi məktubumu yaydınız. Əleyhinə deyiləm. Orada gizlətmək istədiyim heç nə yox idi. Amma bununla nümayiş etdirdiniz ki, qürururnuz yoxdur".

Keşmiş qubernator prezidenti tərəfdarlarının Ukraynanı daha yaxşı istiqamətdə dəyişmək qabiliyyətində olmadığını və bunu istəmədiyini etiraf etmyə çağırıb.

M.Saakaşvili və P.Poroşenko (arxiv)
M.Saakaşvili və P.Poroşenko (arxiv)