Erməni işbazların "şöhrəti"

20 Dekabr, 2017 09:50 | Siyasət | Baxış sayı: 84
Qandallanmış kişi
Qandallanmış kişi

Ukrayna polisi fərəldağın üstünü açdı

Erməni işbazların "şöhrəti" çoxdan ölkə hüdudularından kənara çıxıb. Valyuta lazımdır? edərik, saxta sənəd? - problem deyil, zinət əşyalarını saxtalaşdırmaq? -uşaq oyuncağıdır. 

Lakin Ukrayna polisi erməni dələduzlarının bu dəfəki fırıldağınn üstünü aça biliblər. Ölkəsində qanunlarla bağlı problemi olan Gürcüstan vətəndaşı Levan Markarşvili adlı bir şəxs qanunsuz olaraq Ermənistan sərhəddini keçib. Burada o öz fotosu ilə saxta pasport hazırlayan insanları tapıb. Bu yeni sənədlə o Ukraynaya kimi asanlıqla gedib. Amma orada sərhədçilər sənəddən şübhələniblər. Markarşvili geri- İrəvana göndərilib. İndi ona qarşı cinayət işi açılıb. gürcü kişinin bu sənədi haradan və kimdən aldığını tapmağa çalışırlar. Amma yəqin ki, özləri də onun yerini yaxşı bilirlər. 

İndi hətta Ermənistan bazarlarında belə alıcıları daha diqqətli olmağa çağrırlar. İstiPress bir müddət öncə İrəvanda eşşək ətini qoyun adı altında necə satıldığını yazmışdı. İndi isə “Novosti Armeniya” agentliyi yazır ki, eşşəklə bağlı qalmaqal bitməmiş, böyük həcmdə at əti aşkarlanıb. Bunun üçün də Kənd Təsərrüfatı Nazirliyi alıcıları satıcılardan baytarlıq sanitar sənədi tələb etməyi tapşırır. Yoxsa Allah bilir erməni işbazlar əhaliyə daha nələr sata bilər...