Erməni - fars faşistlərinin Azərbaycana son hücumu

20 Dekabr, 2017 18:29 | Siyasət | Baxış sayı: 614
Erməınistan ordusunun texnikası və hərbi geyimi üzərində faşist savastikası qarışıq  şəkildə səpələnib
Erməınistan ordusunun texnikası və hərbi geyimi üzərində faşist savastikası qarışıq şəkildə səpələnib

Ari millətçilərinin “Böyük Ermənistan” paranoyasının konturları

Rusiyanın ermənipərəst portalı “Regnum” bir vaxt Rusiyada yaşamış və guya politoloquqla məşğul olmuş hansısa Masis Mailyanın Azərbaycanla İranı düşmən etməsi barədə böyük bir məqalə həsr edib. 

İstiPress-in məlumatına görə, məqalənin Azərbaycanda böyümüş və təhsil almış müəllifi Stanislav Tarasov Mailyanı “Cənubi Qafqazdakı ikinci erməni dövlətinin xarici işlər naziri” kimi təqdim edir. Tarasov bununla Roma papasından çox katolik kimi çıxış edir. Yəni Dağlıq Qarabağdakı işğalçı rejimi heç Ermənistan belə müstəqil dövlət kimi tanımır, amma Tarasov belə bir dövlət olduğunu iddia edir.  

“Regnum” portalının yerləşdiyi və Tarasovun vətəndaşı olduğu Rusiyanın da Dağlıq Qarabağı ayrıca dövlət kimi tanımaq fikri yoxdur və rəsmi Moskva bunu dəfələrlə vurğulayıb. Rus rəsmiləri hətta Abxaziyanın dövlət müstəqilliyini tanıyan zaman Dağlıq Qarabağ münaqişəsi ilə Abxaizya münaqişəsinin arasında ciddi fərq olduğunu vurğulamışdılar. Dəlil kimi Abxaziya SSR ilə Gürcüstanın SSR-in birləşdirilməsi zamanı imzalanmış federativ müqaviləni göstərirlər.

Rusiya moderatoru olduğu Dağlıq Qarabağ münaqişəsini Madrid prinspləri - ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək hüququ çərçivəsində həll etməyin tərəfdarı olduğunu bəyan edir ki, bu da Dağlıq Qarabağa Azərbaycan sərhədləri çərçivəsində yüksək muxtariyyət verilməsindən başqa bir şey deyil. Sadəcə, Rusiyanın dərin dövlət dairələri bunu hələ 1990-cı illərdən SSRİ-nin yenidən formatlaşdırılması strategiyası çərçivəsində gerçəkləşdirirlər ki, Ermənistan çoxdan arzuladığı Avropa İttifaqına girə bilməsin, Azərbaycan isə hərbi və iqtisadi baxımından yetərincə müstəqil olmasına baxmayaraq,  Moskvanın patronajı altında qurulmuş Avrasiya İttifaqına daxil olsun.

Dağlıq Qarbağın tanınması Moskva və Bakının əbədi düşmənə çevirə bilər və Azərbaycanın birbaşa NATO-nun ağuşuna atar. Ola bilər ki, guya rus, yaxud yəhudi olduğu deyilən Stanislav Tarasov və “Regnum” portalı bu cür araqarışdıran yazılarla məhz buna - Avropanın qucağında “Böyük Ermənistan” arzusuna nail olmağa çalışırlar. “Böyük Ermənistan” arzusunun konturları da bəllidir: ilkin mərhələdə Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycandan qoparılır və s. və i.a. Yəni erməni planları tükənməzdir. Bu uydurma tarixə görə, hətta İsrail belə Ermənistana tabe olub!!!

Böyük Ermənistan barədə ermənilərin uydurduğu xəritə
Böyük Ermənistan barədə ermənilərin uydurduğu xəritə

Bu baxımdan erməni lobbisi region ölkələrini, xüsusilə də İranı Azərbaycanla düşmən eləməyə çalışır ki, əhalisinin yarıya qədər azərbaycanlıların olduğu və Azərbaycan dilinə rəsmi status verilməsi müzakirə edilən bu ölkənin rəhbərliyində təmsil olunan azərbaycanlılar öz şimallı soydaşlarına yardım edə bilməsinlər. Bunun üçün İranın ultra-islahatçı daiərələrinə məxsus “Şərq” qəzetinin Masis Mailyandan müsahibə götürməsini istifadə edirlər. Ultra-islahatçı iranlıların farş şovinisti olduğu elə də gizli deyil. Fars şivinistlərinin həbsxanada yatan lideri Rəşad Gəncinin bir vaxt həbsxanadan yolladığı məktubda İranı hakimiyyəti ələ keçirmiş türklərdən, yəni azərbaycanlılardan xilas etməyin vaxtı çatdığı, türk dilində bütün qəzetlərin bağlanmasının, türk dilinin qadağan edilməsinin vacib olduğu vurğulanırdı.

İranın Fars əyalətində ari millətçiliyinin, yəni faşizmin geniş yayıldığı, adi bərbərlərin belə cibində Hitlerin şəklini gəzdirdiyini bir neçə il qabaq Avropa KİV-ləri yazmışdı. Bu baxımdan fars şovinistlərinə məxsus qəzetin faşizmin ideoloqu Qaregin Njdeni qəhrəmanlaşdıran Ermənistanın hansısa ultra faşistindən müsahibə götürməsində elə də təəccüblü bir şey yoxdur. Erməni - fars faşistlərinin ən böyük arzusu Azərbaycanla İran aransında bütün inteqrasiya meyllərinin dayanması və bütün əlaqələrin kəsilməsidir ki, bu, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın farslaşdırılmasını asanlaşdırar. Halbuki, Azərbaycan müstəqillik qazandıqdan sonra əlaqələrin güclənməsi nəticəsində Cənubi Azərbaycanda milli mədəniyyətimizə dönüş meylləri çox yüksəlib. İş o yerə çatıb ki, İranın ali dini lideri - etnik azərbaycanlı Seyid Əli Xamneyi Tehranda yaşayan azərbaycanlı məktəbliyə “Türkcə bilirsənmi?” deyə sual verib və valideynlərə “Evdə uşaqlarınızla türkcə danışın, onsuz da fars dilini küçədə öyrənirlər” tövsiyyəsini verib. Erməni-fars faşistlərini məhz bu cür inteqrasiya prosesləri qorxudur. 

Amma faşizmin Tarasov kimi nökərləri anlamalıdırlar ki, oturduqlar budağı çox silkələdikdə ordan yıxıla bilər. Ən azından Rusiya ilə Azərbaycanın münasibətlərini korlamaq niyyətinə görə. Hər şalda, Rusiyanın strateji planlarına Azərbaycanı itirmək daxil deyil. Yeri gəlmişkən, Belarus paytaxtı Minskdə Tarasovun işlədiyi “Regnum” agentliyinin jurnalistləri milli və dini ədavəti qızışdırdıqlarına görə mühakimə olunurlar. Əgər “Regnum” agentliyi Rusiyanın dövlət maraqlarına xidmət etsəydi, yəqin ki, Belarus onun əməkdaşlarını məhkəməyə verməzdi. Hər halda, Rusiya və Belarus MDB məkanının ən yaxın dövlətləridir. Bu göstərir ki, bir gün Moskvada da Stanistlav Tarasova məhkəmə qurulması mümkündür.