Yaralı döyüşçülərə hər cür kömək vəd edildi

20 Noyabr, 2020 11:56 | Siyasət | Baxış sayı: 111

"Ordumuz bizə tarixi qələbə xəbərini yaşatdı, bu işdə sizin hər birinizin xidməti müstəsnadır. Bu, ona görə mümkün oldu ki, xalqımız Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşdi, vahid biflik kimi cəm oldu hamı. Nəticədə otuz ildir düşmən tapdağında olan tarixi torpaqlarımız qaytarıldı, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Şəhidlər verdik. Onların xatirəsi həmişə bizim üçün əziz  olacaq və biz torpaq uğrinda gedən igid oğullarımızı unutmayacağıq".

İstiPress-in şimal bürosunun məlumatına görə, bu sözləri Xaçmaz İH başçısı Elnur Rzayev cəbhədən qayıdan bir neçə yaralı döyüşçü ilə görüşündə səsləndirib. Bildirib ki, Xaçmazdan gedən hərbçilər də döyüşdə xüsusi şücaət göstəriblər və xidmətləri misilsizdir. Yaralı döyüşçülərlə səmimi söhbət edən rayon rəhbəri onlara sağlamlıq arzulayıb və sağalmaları üçün lazımi köməklik ediləcəyini deyib.