Prezident ona general rütbəsi verdi

20 Noyabr, 2020 17:58 | Siyasət | Baxış sayı: 220
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

İstiPress-in məlumatına görə, sərəncama əsasən, Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib. 

Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif olunub. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülub.

2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, "İgidliyə görə" medalı alıb.