Azərbaycanın Rusiyadakı keçmiş səfiri vəfat etdi

20 Noyabr, 2020 09:52 | Siyasət | Baxış sayı: 76
Hikmət Hacızadə
Hikmət Hacızadə

Azərbaycan Xalq Hərəkatı liderlərindən biri Hikmət Hacızadə 66 yaşında vəfat edib.

İstiPress-in məlumatına görə, bu barədə yaxınları məlumat verib. H.Hacızadə təxminən 10 gün əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, H.Hacızadə 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib. "İnsan Haqları - bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

Xatırladaq ki, Hikmət Hacızadə  Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.