Oğrulardan Paşinyana ultimatum

20 Noyabr, 2019 10:32 | Siyasət | Baxış sayı: 175
Nİkol Paşinyan
Nİkol Paşinyan

"Qanuni oğru"lar "sxodka"ya hazırlaşır

Cinayət dünyasının erməni rəhbərləri öz tarixi vətənlərində toplaşacaqlar. Bu barədə öz mənbələrinə istinadla “Past” qəzeti yazır. Nəşrin məlumatına görə, bu “sxodka”da erməni kriminal aləminin rəhbərləri, eləcə də Rusiya, Gürcüstan və bəzi ölkələrdən olan nümayəndələr iştirak edəcələr.

Sarkadzordakı modern otellərdən birində olacaq bu "sxodka"nın əsas məqsədi Ermənistan hakimiyyətinin hazırladığı qanun layihəsini müzakirə etməkdir. Bu qanun layihəsində qanuni oğrulara kriminal statuslarına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Yerli mətbuat yazır ki, kriminal avtoritetlər bunun onların işinə, xüsusilə Ermənistan ərazisində necə təsir edəcəyini müzakirə edəcəklər.

Böyük ehtimal ki, yeni qanunla ələqadar olaraq kriminal birliyin nəhəngləri baş nazir Nikol Paşinyana və onun hökumətinə ultimatum göndərəcələr. Onlar düşünürlər ki, cinayət aləminə təzyiq bütün ölkənin iqtisadiyyatına çox pis təsir edəcək.

“Qanuni oğru”lar  dekabrın birinci yarısınrda toplaşacaqlar.