Erməni jurnalistlərin Bakı gəzintisi

20 Noyabr, 2019 10:45 | Siyasət | Baxış sayı: 230
Bakı
Bakı

Azərbaycanlı jurnalistlər də İrəvana hazırlaşırlar

Bir qrup erməni jurnalist Bakıya səfər edib. Bu barədə Ermənistanın "Panarmenian" agentliyi yazıb.  Məlumatda qeyd edilir ki, erməni jurnalistlərin noyabrın 18-də paytaxt Bakıda gəzintiyə çıxıb, bəzi görüşlər keçiriblər. 

Lakin Azərbaycana səfər edən ermənilərin adları, dəqiq sayları açıqlanmır. 

Bir neçə gündən sonra da azərbaycanlı jurnalistlərin İrəvana cavab səfəri edəcəklər. Səfər edəcək jurnalist qrupu artıq formalaşıb, lakin onların adları açıqlanmır. 

Vətəndaş cəmiyyətinin məlumatına görə, iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri  gərginliyi azaltmağa və gələcək danışıqlar üçün fundament qoymağa hesablanıb.