Ermənilər atəşkəs rejimini yenə pozublar
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Mərzili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
MTRŞ-ın qalmaqallı qərarına reaksiya
102.1 FM tezliyi satılırsa, 102 FM tezliyindəki radiostansiya bir daha yayım gerçəkləşdirə bilməyəсək
102,0 MHs işçi tezliyi 102,1 MHs-ə dəyişdirilə bilər
"Bunun tarixlə heç bir əlaqəsi yoxdur"
Azərbaycandan İrəvanın reaksiyasına cavab