Seçki günü partlayış, ölən var

20 Oktyabr, 2018 14:28 | Siyasət | Baxış sayı: 43
Əfqanıstanda terror. (Arxiv)
Əfqanıstanda terror. (Arxiv)

Hadisə Əfqanıstanda törədilib

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında partlayış törədilib. Son məlumata görə, baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqələrində bir neçə partlayış baş verib. Hadisənin kim tərəfindən törəldiyi bəlli deyil. 

Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.