Qatar insanların arasına girdi - 61 ölü YENİLƏNİB

20 Oktyabr, 2018 10:31 | Siyasət | Baxış sayı: 210

Qatar bayram qeyd edən hindlilərin arasına girib

Hindistanda baş verən qəza nəticəsində ölənlərin sayı artıb. İstiPress-in məlumatına görə, qatarın insanların arasına girməsi nəticəsində 61 nəfər ölüb. 

yaralı sayı isə 80 nəfərə çatıb. Onlardan 25-nin vəziyyəti ağırdır. Bunun üçün ölü sayının arta biləcəyi istisna edilmir. 

Saat 19:55 (19 oktyabr)

Hindistanın Amritsar şəhərində qatar insanların arasına girib.

İstiPress “Economic Times”a istinadən xəbər verir ki, azı 50 nəfərin öldüyü, xeyli sayda insanın yaralandığı bildirilir. Daşara bayramını qeyd edən hindlilər ənənəyə uyğun olaraq dəmir yolları yaxınlığında müqəvvaları yandırıblar. Onlardan bəziləri isə mərasimi relslərin üzərində dayanaraq icra ediblər.

Ölənlərin sayının artacağı ehtimal edilir.