Ərdoğan Qarabağdan danışdı - "Onların “Dur!” deməsini gözləyirik"

20 Oktyabr, 2018 08:55 | Siyasət | Baxış sayı: 165
R.T.Ərdoğan
R.T.Ərdoğan

O, Azərbaycan və Türkiyənin inandığı dəyərlər uğrunda mübarizəni davam etdirəcəyini deyib

"Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz".

İstiPress-in məlumatına görə, bunu Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışı zamanı çıxış edən Rəcəb Tayyib Ərdoğan deyib. 

O, qeyd edib ki, Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığı dəyərlər uğrunda apardığı birgə mübarizəni davam etdirəcək. "Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq".

Ərdoğanın sözlərinə görə, Türkiyə və Azərbaycanın bölgənin təhlükəsizliyinin və sabitliyinin əsas faktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. Bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz.

"Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz".

"Star" zavodunun açılışı
"Star" zavodunun açılışı