Donald Tramp: "Onlara bəzi suallarımız olacaq"

20 Oktyabr, 2018 11:01 | Siyasət | Baxış sayı: 77
Donald Tramp
Donald Tramp

ABŞ prezidenti mövqeyini kralla görüşdən sonra açıqlayacaq

"Səudiyyəlilərə bəzi suallarımız olacaq. Bu məsələ ilə bağlı Konqreslə birlikdə çalışacağıq". İstiPress-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalist Camal Kaşıkçının qətli ilə bağlı danışarkın bildirib. 

O, Səudiyyə Ərəbistanının jurnalistin ölümü ilə bağlı açıqlamasının etibarlı olduğunu, qətli etiraf etməyin Riyad hökumətinin "ilk böyük addımı" kimi qeyd edib. "Ancaq hələlik öz qiymətləndirməmiz başa çatmayıb. İndi bir nəticəyə gəlmək tezdir".

Tramp Səudiyyə Ərəbistanının kralı ilə görüşdükdən sonra açıqlama verəcəyini deyib. 

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı hökuməti jurnalist oktyabrın 2-dən yoxa çıxan Camal Kaşıkçının Krallığın İstanbuldakı Baş konsulluğunda öldüyünü təsdiqləyib. İstiPress-in məlumatına görə, jurnalist konsulluq əməkdaşları ilə baş verən münaqişə zamanı ölüb. Hadisə ilə bağlı 18 nəfər həbs edilib. 

Jurnalistin öldürüldüyün təsdiqlənsə də, onun meyitinin harada olması ilə bağlı heç bir açıqlama verilməyib.