Cəbhədə silah səsləri arta bilər...

20 Oktyabr, 2018 11:42 | Siyasət | Baxış sayı: 284
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənilər ABŞ səfirinin açıqlamalarından sonra hələ də özlərinə gələ bilmirlər

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Qarabağ haqqında dediklərinin əks-sədası hələ də bitməyib. Onun qalmaqallı bəyanatı Ermənistanda əməlli-başlı rezonansa səbəb olub. Səfirin çıxışından bir fraqmenti nəzərinizə çatdıraq:  

“İlk dəfə bura gələndə görüşdüyüm ermənilərin əksəriyyətinin işğal edilən torpaqları danışıqlar prosesi çərcivəsində geri qaytarılmasının əleyhinə olduğunu öyrənəndə çox təccüblənmişdim".  Səfir xüsusilə qeyd edib ki, istənilən qərar işğal edilən torpaqların qaytarılmasını tələb edir. Ümumiyyətlə bu gün status-kvo Ermənistanın xeyrinə deyil.

Millsin bəyanatlarını inqilabçı başa nazir Nikol Paşinyan səfirin gediş mesajı adlandırıb. Ermənilər hətta amerikalı səfirin çıxışında sətiraltı mənalar da axtarmağa başlayıblar. Onun çıxışı mətbuatda da tənqid edilib. Görünür erməni jurnalistlər ABŞ-ın Minsk qrupu həmsədri kimi öz fikrini demk haqqına sahib olduğunu unudublar. Səfir də məhz bunu mövqeyi səsləndirib və bununla da ermənilərin hiddətinə səbəb olub.

İndi Paşinyanın ümidi Azərbaycan rəhbərliyi ilə operativ əlaqə bağlanmasınadır. Amma bir bununla problemi həll etmək olmaz. Çoxları, o cümlədən əcnəbi müşahidəçilər hesab edirlər ki, Paşinyanın özü bu ağır mirasla – Azərbaycanın işğal edilən torpaqları ilə nə etmək lazım olduğunu bilmir. O, belə hesab edir ki, orada Qarabağa münaqişəsinin düyünləyən Serj Sarkisyanın xeyli tərəfdarı var.

Baş nazir vəzifələrini icra edən Paşinyan gah müntəzəm olaraq işğal altındakı torpaqlara gəlir, çıxışlar edir, toplantılar keçirir, gah oğlunu Qarabağda hərbi xidmətə göndərir, gah da arvadı Anna Akopyan rusiyalı bir neçə qadınla Azərbaycan ərazisində şou göstərir. Amma bu mətbuatın, xüsusi ilə Rusiyanın diqqətini çəkməyib. Məhz buna görə də baş nazirin arvadının tənqidinə tuş gəliblər.

İndi təmas xəttində nisbi sakitlikdir. Amma heç nə daimi olmur. Yaxın zamanda silahların səsi yenidən eşidilə bilər. Demək, danışmaqdan işə keçmək lazımdır – ordunu çıxarmaqla. Yoxsa Paşinyan komandasının yaxın aylarda indikindən çox böyük problemləri meydana çıxa bilər.