Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrıldı

20 Oktyabr, 2017 19:30 | Siyasət | Baxış sayı: 118
Xalq Cümhuriyyəti
Xalq Cümhuriyyəti

Bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.