Rusiya prezidenti qadın olacaq?

20 Oktyabr, 2017 09:25 | Siyasət | Baxış sayı: 135
Vladimir Putin
Vladimir Putin

Putin: "Hər şey mümkündür"

Növbəti seçkilərdən sonra Rusiyanın prezidenti qadın ola bilər. İstiPress-in məlumatına görə, Rusiyanın dövlət başçısı Vladimir Putin bunu istisna etməyib. O, jurnalist, aparıcı Kseniya Sobçakın gələn il keçiriləcək seçkidə namizdəliyini vermək niyyətini belə şərh edib. 

"Biz də hər şey mümkündür", deyə o "Valday" forumundakı çıxışında bildirib. 

Xatırladaq ki, ötən gün bəyanat yayan Kseniya Sobçak seçkidə namizəd olacağını açıqlayıb. Kremlin rəsmisi də onun seçkidə iştirak etmək üçün bütün tələblərə cavab verdiyini bildirib.  "Sobçak çox istedadlı insandır, amma siyasət səhəsində hələ təcrübə toplamasına ehtiyac var", deyə Dmitri Peskov qeyd edib.