Gürcüstanda azərbaycanlı deputatlığa namizəd və qohumları güllələndi

20 Oktyabr, 2017 08:38 | Siyasət | Baxış sayı: 152
Gürcü polisi hadisə yerində
Gürcü polisi hadisə yerində

“Gürcü Arzusu” partiyasının ofisinə silahlı basqın edilib

Gürcüstanda “Gürcü Arzusu” Partiyasının Qızılhacılı kəndi ofisinə silahlı basqın edilib. İstiPress-in "Qruziya Onlayn" saytına istinadla verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında baş verib.

Məlumata görə, naməlum şəxslərin basqını nəticəsində 4 nəfər güllələnib. Onların arasında Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizəd Ceyhun Çovdarov da var. Digər iki nəfərin isə onun qohumu olduğu bildirilir. 

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Onlardan ikisinin vəziyyəti nisbətən ağırdır. Vəziyyəti ağır olanlar arasında C.Çovdarov da var. 

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub. Silahlı basqınla bağlı cinayət işi açılıb. Hadisəni törədənlər haqqında məlumat verilmir.