Silahlanma kosmosa da çatdı

20 Sentyabr, 2019 09:55 | Siyasət | Baxış sayı: 48
Sergey Lavrov
Sergey Lavrov

Rus diplomat ABŞ-ı bu işdə ittiham edib

"ABŞ artıq kosmosa silah yerləşdirmə planların icra etməyə başlayıb". Bunu Rusiya Xarici İşlər naziri Serqey Lavrov bəyan edib. 

Nazirin “Rusiya qlobal siyasətdə” jurnalında dərc edilən məqaləsində bildirilib ki, Amerika silahların kosmosda yerləşdirilməsinə dair universal moratorium razılaşmasından yayınır. 

Diplomat eyni zamanda qeyd edib ki, Qərb liberal dəyərləri müdafiə edir və eyni zamanda sanksiyalar, hərbi təhdidlər və suveren dövlətlərin bombalanması siyasətini yürüdür.