Azərbaycanda müxalifətçinin qızından atasına ikinci şok: "Yalandır..." VİDE

20 Sentyabr, 2019 09:35 | Siyasət | Baxış sayı: 314
Selcan Yağmur
Selcan Yağmur

Fuad Qəhrəmanlı arvadının barmaqlarını, qızının isə dizini qırmaqda günahlandırılıb

Daha əvvəl atasını - Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlını zorakılıqda ittiham edən qızı Selcan Yağmur "Facebook" hesabında sözlərini bir daha təsdiqləyib. O, atasını yalan danışmaqda günahlandırıb və profilinin oğurlanmadığını, heç kim tərəfindən təzyiqə məruz qalmadığını deyib.

Xatırladaq ki, müxalif Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yagmur #MeToo sosial kampaniyası çərçivəsində atasını sadizmdə və davamlı döyməkdə günahlandırmışdı. Qız ailə problemlərini "Facebook" sosial şəbəkəsində paylaşmışdı.

Qızın sözlərinə görə, atası ictimaiyyət arasında daim insan hüquqları haqqında danışmağı sevsə də, evə qayıdanda əsl sadistə çevrilirdi. Selcan Yagmur iddia edir ki, atası bir dəfə anasının barmaqlarını sındırıb, onun isə dizini qırıb.

Anasının boşanma üçün niyə ərizə verməməsinin səbəblərinə toxunan qız bildirib ki, anası Fuad Qəhrəmanlı və ortaq dostları tərəfindən mənəvi təzyiqlərə məruz qalırdı.

“Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. İçində böyüdüyüm qorxulu bir ailədə böyümək, insanın içinə tarif olunmaz duyğular yükləyir. Bir də onu bilirəm ki, bu yazıya görə hətta, proqressiv insanlar tərəfindən də qınanacam, “çünki o sənin atandır”, çünki, atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam. Çünki o evə çörək gətirib, məni böyüdüb filan.

Məncə, Azərbaycan siyasətində yetərli bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta, qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da evində qızının dizini, arvadının barmaqlarını sındıran, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim yox.

Anamın boşanma çabalarının (ki, bunun şiddətdən kənar ayrıca iyrənc səbəbləri var.Sadəcə bu səbəblər insanın şəxsi məsələsidir, mənim mövzuma heç bir dəxli yoxdur) qarşısını müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alması; azadlıqdan danışan adamın evində, qəribə bir şəkildə təsvir etməyə gücüm yetməyən bir cəhənnəm mühiti olması; şiddətin ağıl almaz və kreativ dozu; anamın və bacımın bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, "Facebookda mənimlə şəkil yayın" deyə gələn tamam ayrı kateqoriyadaki zorakılıq dalğası... - bunlar bir siyasətçinin ailəsi barədə bilinməli olan şeylərdir".

Qeyd edək ki, Fuad Qəhrəmanlı qızının sosial şəbəkədəki səhifəsinin dağıdıldığını və oradakı qeydlərin onun tərəfindən yazılmadığını bildirmişdi.

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı